Dünyanın ən məşhur miqrantları - FOTOLAR

Dünyanın ən məşhur miqrantları - FOTOLAR
17:53 16 Mart 2017
248 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trumpın miqrantların ölkəyə girişinə məhdudiyyət qoyması uzun müddət mətbuatda müzakirə olundu. Bununla belə Amerikada yaşayan xarici ulduzlar prezidentə öz etirazlarını bildirməkdən çəkinmədi.

Publika.az miqrant olan dünya şöhrətli ulduzlarınsiyahsını təqdim edir.

Mila Kunis

Soyuq Müharibə dövründə Kunisin ailəsi Sovet İttifaqına bağlı olan Ukraynadan ABŞ-a mühacirət edib. Trampın miqrantlara qoyduğu qadağandan sonra Kunisin həyat yoldaşı və məşhur aktyor Eşton Katçer "Həyat yoldaşım bu ölkəyə Soyuq Müharibənin ortalarında miqrant vizası gəlib" , - deyə bildirib.

Freddi Merkuri

“Queen” qrupunun əfsanəvi solisti əslən Afrika adası Zanzibardandır. 1964-ci ildə adada müharibə başlayanda Merkuri ailəsiylə birlikdə Londona mühacirət edib.

Rita Ora

Məşhur pop müğənnisi bir yaşında ailəsiylə birlikdə Kosovodan İngiltərəyə mühacirət edib.

İman

Super model İmanın ailəsi 1972-ci ildə çevriliş olanda Somalidən Keniyaya köçüb. İman karyerasına Keniyada başlayıb.

Qloria Estefan

Müğənni Havanada anadan olub, ancaq 1959-ci ildə Fidel Kastronun kommunist inqilabından sonra ailəsiylə birlikdə Kubadan ayrılıb. Ölkəni tərk edəndə Estefan iki yaşında olub.

Marlen Ditrix

Klassik Hollivud filmlərinin ulduzu karyerasına 1920-ci illərdə Almaniyada başlayıb. Nasistlər güclənəndə 1930-cu illərdə o, Hollivuda gedib və Amerika vətəndaşı olub.

Regina Spektor

Müğənni Spektor Moskvada anadan olub, doqquz yaşında ailəsi ilə birlikdə Sovet İttifaqının təzyiqlərindən qaçıb Nyu-yorka köçüb.

Albert Eynşteyn

Nobel mükafatlı fizik 1933-ci ildə Nasist partiyası hakimiyyətindən qaçmaq üçün Almaniyadan ABŞ-a mühacirət edib.

Nataliya Portman

‘O da mı göçmen’ diyeceğiniz 10 ünlü göçmen Amerikalı

Nataliya Portman 1981-ci ildə Qüdsdə dünyaya gəlib. O, ailəsi ilə birlikdə 3 yaşında Vaşinqtona köçüb.

Şarlz Teron

‘O da mı göçmen’ diyeceğiniz 10 ünlü göçmen Amerikalı

Cənubi Afrikada Benonide doğulan aktrisa 1994-ci ildə Birləşmiş Ştatlarına gedib. 2007-ci ildə ABŞ vətəndaşlığını qəbul edib.

Cim Kerri

‘O da mı göçmen’ diyeceğiniz 10 ünlü göçmen Amerikalı

Cim Kerri əslində 1962-ci ildə Kanadada anadan olub və aktyorluq sahəsində uğur qazanmaq üçün 1979-cu ildə Los-Ancelesə köçüb.

Karlos Santana

‘O da mı göçmen’ diyeceğiniz 10 ünlü göçmen Amerikalı

Əfsanəvi gitara ifaçısı Karlos Santana 1947-cü ildə Navarroda anadan olub və 1960-ci illərin əvvəlində San-Fransiskoya köçüb. 1965-ci ildə isə Amerika vətəndaşı olub.

Melaniya Tramp

‘O da mı göçmen’ diyeceğiniz 10 ünlü göçmen Amerikalı

Hazırda miqrantları deportasiya etmək istəyən Amerika prezidentin həyat yoldaşı Melaniya Tramp da miqrantdır. O, model olmaq sevdası ilə 1996-ci ildə Sloveniyadan ABŞ-a mühacirət edib və 2006-ci ildə vətəndaşlığa qəbul olunub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR