Prezident məcburi köçkünlərlə bağlı iki sərəncam imzaladı

Prezident məcburi köçkünlərlə bağlı iki sərəncam imzaladı
18:04 16 Mart 2017
896 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə  sərəncam imzalayıb.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilib.

 

Prezidentin digər sərəncamı ilə “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamı ləğv edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR