Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlanıb.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 16-dan aprelin 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi
kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və
parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq
internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil
olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizə
təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir.
"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk
dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının cari
ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti
hesabına (pulsuz) olacaq.
Tam orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil
haqqında sənəd alan və ya tam orta təhsil səviyyəsini Azərbaycan
Respub¬likasının hüdudlarından kənarda yerləşən təhsil
müəs¬sisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək
üçün Azərbaycan dili və ya rus dili (qəbul imtahanının dilinə uyğun
olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı
verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı
təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə
2 saat 15 dəqiqə vaxt ayrılır.Tam orta təhsil səviyyəsini
Azər¬baycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə
bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə
Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq),
riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə
etdikləri nəticələr əsasında iştirak edirlər.
Buraxılış imtahanında tədris dili fənni üzrə imtahan verməyən cari
ilin məzunları (tədris dili Azərbaycan və ya rus dili olmayan
məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında
digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri qəbul imtahanı dilinə
uyğun olaraq Azərbaycan və ya rus dili fənnindən imtahan
verirlər.