Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb

Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb
18:29 16 Mart 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verib.  Ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən də ətraflı bəhs edən nazir vurğulayıb ki, qonşu və dost İranın müvafiq hökumət qurumları ilə əməkdaşlığın böyük perspektivləri mövcuddur.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Mahmud Vaezi son illər İranla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə güclənməsindən məmnunluğunu ifadə edib. İranlı nazir qeyd edib ki, onun təmsil olunduğu hökumət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR