Kürdəmirdə "Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Kürdəmirdə "Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
18:59 16 Mart 2017
165 Digər
Ölkə mətbuatı
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Lent.az xəbər verir ki, xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən,  16 mart 2017-ci il tarixdə Kürdəmir rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Kürdəmir rayon İcra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirmişdir ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusu statusunu daşıyır. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Xidmətin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirdiyi tədbirlərin müsbət nəticələr verdiyini qeyd edib.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird, eləcə də xidmətdə fərqlənən əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mükafatlandırılıb.
Xidmətin Kürdəmir rayon şöbəsinin rəisi polkovnik Həbib Əliyev isə rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində apardığı səmərəli fəaliyyətinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin fəxri diplomu ilə təltif edilib.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Kürdəmir rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR