Trampa növbəti zərbə:

ABŞ-ın daha bir ştatında Donald Trampın yeni miqrasiya fərmanının icrası dayandırılıb.

Metbuat.az-ın məlumatına görə, Merilənd ştatının federal hakimi prezidentin qərarının əyalət daxilində icrasını təxirə salıb.

Çərşənbə günü Havay ştatının federal hakimi Derrik Votson yeni miqrasiya fərmanının icrasını dayandıran qərar qəbul etmişdi. Xatırladaq ki, Votson bu vəzifəyə eks-prezident Barak Obama tərəfindən təyin olunub.

Trampın baş verənlərə reaksiyası gecikməyib. ABŞ prezidenti Tennessidə keçirilən mitinqdə federal hakimləri sərt sözlərlə tənqid edib.

Donald Trampın yenilənmiş miqrasiya fərmanına əsasən, İran, Somali, Sudan, Suriya, Yəmən və Liviya vətəndaşlarının 90 gün müddətinə ABŞ-a girişinə qadağa qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR