Azərbaycan millisinin heyəti: Mərvə, Muazzez, Kristina, Alina...

Azərbaycan millisinin heyəti:   Mərvə, Muazzez, Kristina, Alina...
19:27 16 Mart 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, martın 17-dən 27-ə qədər Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban baharı” turnirində iştirak edəcək yığmamızda 18 futbolçu yer alacaq.

 

Bunlar Mərvə Özdəmir, Alina Michaelis (hər ikisi “Ayntraxt”, Frankfurt, Almaniya), Günay İsmayılova, Rovşanə Sərdarlı (hər ikisi “Fidan”), Firəngiz Teymurova, Bozdağ Peritan, Muazzez Yağmur Özkümrü (hamısı “Konak Belediye Spor”, İzmir, Türkiyə), Elvira Əsgərzadə (“Lənkəran”), Nino Qurgenidze (“Martve”, Gürcüstan), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Ayşən Əhmədova, Vüsalə Seyfəddinova (hər ikisi “Sumqayıt”), Həqiqət Qasımova, Vüsalə Hacıyeva, Manə Mollayeva, Roza Quliyeva (hamısı “Təhsil”), Kristina Bakarandze, Cəmilə Hüseynovadı (“Zaqatala”).

 

Bəzi yeni simaların da yer aldığı yığmamız B qrupunda mübarizə aparacaq. Komandamız martın 18-də Rumıniya, 20-də Rusiya, 22-də Belarusla üz-üzə gələcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-millisinin-heyti-t56970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR