Azərbaycanda növbəti əfv verilib. Bakıda V Qlobal Forum
başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında
etdiyi çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışıb. Niderlandda
maraqla gözlənilən parlament seçkilərinin nəticələri Avropa
İttifaqını sevindirib. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı
Mövlud Çavuşoğlu isə Avropada dini müharibələrin başlaya biləcəyi
barədə xəbərdarlıq edib.
Azərbaycanda növbəti əfv verilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam
imzalayıb.
Prezident bu şəxsləri əfv etdi - ADLAR (YENİLƏNDİ)
Bu gün Bakıda V Qlobal Forum başlayıb.
Diaporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin
gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən forumda 53 ölkədən
300-ə yaxın nümayəndə iştirak edir. Forum martın 17-də başa
çatacaq.
Azərbaycan Prezidenti İlham Əliyev V Qlobal Bakı
Forumunun açılışında çıxış edib. Dövlət başçısı
Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişəni region
üçün təhlükə adlandırıb.
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi
rayon Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə
bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. Bu, ATƏT-in
iki faktaraşdırıcı missiyasının hesabatında da təsdiqini tapıb”, -
Prezidenti İlham Əliyev söyləyib.
Prezident: "Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir"
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişməlidir.
Rusiya vasitəçi kimi Qarabağ konfliktinin həllində
maksimum səy göstərməyə hazırdır. Bunu Rusiya
Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin
etimadnaməsini qəbul edərkən söyləyib.
Ermənistan prezidenti Serj Sarkisyanın martın 14-də
Moskvaya etdiyi iki günlük səfəri başa çatdı. Onun
həmkarı Vladimir Putinlə danışıqlarda dörd mövzu əsas idi:
ticarət-iqtisadi əlaqələr, mədəni-humanitar məsələlər, hərbi-siyasi
əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət.
Rusiyalı siyasi şərhçi Rostislav İşenko “RİA Novosti” agentliyində
dərc olunan məqaləsində qeyd edir ki, İrəvan hər şeydən öncə
hərbi-siyasi məsələlər və regional bloklarla bağlı müzakirələri önə
çəkir.
Müharibə qorxusu və qəfil gələn xəstəlik: Putin Sarkisyana nəyi söz verdi?
Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya iki günlük səfəri başa çatdı.
Martın 15-də Moskvada keçirilən Rusiya prezidenti
Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın qapalı
görüşünün bir detalı ortaya çıxıb. Qapalı görüşdə
Putin Sarkisyana 22 il öncə Ermənistanda oğurlanmış bir fotonun
tapıldığını deyib.
Rusiya mediası yazır ki, “Tamaranın ürəyi ilə İblis və Mələk”
adlanan rəsm əsəri yaxın vaxtlarda Ermənistana qaytarılacaq.
Sarkisyan Putinlə birgə mətbuat konfransında bildirib ki, rəsm
əsəri Rusiyanın müvafiq orqanlarının səyi nəticəsində tapılıb. O,
buna görə Putinə təşəkkür etdi.
Qeyd edək ki, rəssam Mixail Burbelyanın əsəri olan “Tamaranın ürəyi
ilə İblis və Mələk” 1995-ci ildə Ermənistanda oğurlanıb.
Mütəxəssislər bu fotonun qiymətli və sirli olduğunu deyirlər.
“Sarkisyanın Rusiyaya səfərinin məqsədi Moskvadan
Azərbaycan Ordusunun əraziləri geri qaytarmaq üçün hərəkətə
keçməyəcəyinə zəmanət almaq idi”. Bu barədə
Ermənistanın “168 jam” qəzeti yazıb.
Qəzet qeyd edir ki, Moskva Ermənistana belə bir zəmanət verə
bilmir. “Sarkisyan-Putin görüşündə Qarabağ danışıqları həmişəki
kimi ümumi bəyanatlarla müşahidə olundu. Əslində Ermənistana
Azərbaycan Ordusunun hərəkətə keçməyəcəyi ilə bağlı zəmanət
lazımdır. Lakin Moskva belə bir zəmanəti verə bilmir”, - deyə qəzet
yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov “Regional Post –Caucasus” jurnalına müsahibəsində
Türkiyə-Ermənistan münasibətlərindən danışıb. Onun
sözlərinə görə, Moskva Ermənistan və Türkiyənin danışıqlarına kömək
etməyə hazırdır.
Dağlıq Qarabağ yaddan çıxdı: Moskvadan Bakını QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT
Ankara S-400 “Triumf” zenit-raket komplekslərini
NATO-nun hava hücumundan müdafiə sistemi ilə
birləşdirməyəcək. Bu haqda Türkiyənin müdafiə naziri
Fikri İşık deyib.
Türkiyə Müdafiə Nazirliyinin başçısı bir gün əvvəl isə S-400
zenit-raket kompleklərinin çatdırılmaları üzrə Moskva ilə
danışıqlarda irəliləyişin olduğunu bildirib. Amma qeyd edib ki,
hələlik konkret razılıq yoxdur.
Fevral ayında Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud
Çavuşoğlu bildirib ki, S-400-lərin çatdırılması üzrə Rusiya-Türkiyə
danışıqları pozitiv keçir. Həmçinin, Rusiyanın “Rostex” Dövlət
Korporasiyasının baş direktoru Sergey Çemezov Moskva və Ankaranın
zenit-raket komplekslərinin çatdırılması haqqında danışıqlar
apardığını təsdiqləyib.
İki gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da rusiyalı həmkarı
Vladimir Putinlə görüşündə S-400 komplekslərinin Türkiyəyə
çatdırılması müzakirə olunub.
Putin və Ərdoğan son nöqtəni qoymağa yaxındır – NATO-ya SARSIDICI ZƏRBƏ
Niderlandda maraqla gözlənilən parlament
seçkilərinin nəticələri dəqiqləşib. Avropanın, bütün dünyanın əsas
diqqəti ultrasağçıların qələbə qazanıb-qazanmayacağına yönəlmişdi.
Lakin bu baş vermədi.
Seçkilərdə 33 mandat qazanan baş nazir Mark Ruttenin lideri
olduğu Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) qələbə
qazandı. Bununla belə, Rutte 2012-ci ildə keçirilən seçkilərdə
qazandığı səslərin (41 mandat qazanmışdı) xeyli hissəsini
itirdi.
İrqçi lider Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV)
isə gözlədiyi partlayışı edə bilməyib.
“Brexit” və Trampdan sonra... – QİYAMƏT TƏXİRƏ SALINDI
Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud
Çavuşoğlu Niderlanda ötən gün keçirilən seçkilərin nəticələrini
qiymətləndirib. Nazir seçkilərin nəticələrinin
Avropanın çökməyə başladığının göstəricisi olduğunu deyib.
Türkiyə xarici siyasət idarəsinin başçısı Avropada din
döyüşlərinin başlanacağı barədə xəbərdarlıq edib.
Avropada 100 illik din müharibələri başlayır – DƏHŞƏTLİ PROQNOZ
Liberal Demokrat Partiyasının sədri Vladimir
Jirinovski Ankara-Amsterdam qarşıdurmasında Türkiyəni
dəstəkləyib.Jirinovski Niderlandın Türkiyəyə qarşı
addımının diskriminasiya olduğunu bildirib: “Türkiyə doğru edir.
Onları tam dəstəkləyirik. Niderland cəzalandırılmalıdır”.
ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Ceyms
Mettisin komandaları arasında Müdafiə Nazirliyində (Pentaqon) əsas
vəzifələrə təyinatlar üzrə fikir ayrılıqları ilə əlaqədar
qarşıdurma yaşanır.
Bu haqda “Defense News” portalı bildirib. Ağ Ev və Mettisin
yaxın dairəsində olan mənbələrin sözlərinə görə, Tramp seçkiqabağı
kampaniyada öz loyallığını sübut edən insanları əhəmiyyətli
postlara yerləşdirmək istəyir. Nazir isə başqa şəxsləri bu
vəzifələrdə görmək istəyir. Onların arasında yeni prezidenti açıq
tənqid edənlər də var.
Prezidenti və müdafiə naziri arasında ən qızğın mübahisə doğuran
fiqur diplomat Enn Pattersondur. Mettis onu siyasi məsələlər üzrə
nazir müavini postuna təyin etməyi planlaşdırırdı. Baxmayaraq ki,
qadın “Never Trump” hərəkatını dəstəkləyirdi. Amma onun namizədliyi
müzakirədən çıxarılıb.
Bundan başqa, mənbələrin sözlərinə görə, Tramp əsas postlardan
birinə Rikardel Mirin təyin olunmasını dəstəkləyir. O Trampın
seçkiqabağı qərargahında müdafiə siyasətinə görə əsas məsləhətçi
idi.
“Defense News”un həmsöhbətlərindən biri bildirib ki, Mettis Ağ
Ev qarşısında “ya o, ya mən” şərtini qoyaraq, sözügedən təyinatın
reallaşacağı halda postundan istefa verəcəyini bildirib.
"Moskva hələ SSRİ-nin dağıılmasına qədər Krımı
Ukraynadan almağa hazırlaşırdı". Bunu Ukrayna Ali
Radasının deputatı, Krımı tatarlarının liderlərindən olan Mustafa
Cəmilov “Obozrevatel” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya heç vaxt Krımın zəbt edilməsi
planını dayandırmayıb.
Moskva hələ SSRİ dağılmazdan əvvəl.. – MƏXFİ PLANIN TARİXİ
Moskva hələ SSRİ-nin dağıılmasına qədər Krımı Ukraynadan almağa hazırlaşırdı.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/191646.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)