Zlatan İbrahimoviç "Napoli"yə transferindən danışdı

"Napoli" "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviçin xidmətində maraqlıdır.

Metbuat.az-ın məlumatına görə, isveçli futbolçu italyan klubuna mümkün transferini dəyərləndirib:

"Napoli"yə transferim? Dəqiq bir şey deyə bilmərəm. Gələcəkdə nələrin baş verəcəyini təxmin etmək olmur. İndilik "Mançester Yunayted"də özümü yaxşı hiss edirəm. Hadisələrin sonrakı gedişatından asılı olaraq qərar verəcəyəm".

İbrahimoviçin "Mançester Yunayted"lə olan müqaviləsi mövsümün sonunda bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR