İngiltərə Avropa Birliyindən çıxır -

Kraliça 2-ci Elizabet İngiltərənin Avropa Birliyindən çıxmasından bəhs edən qanun layihəsini təsdiqləyib.

Metbuat.az-ın məlumatına görə, qanunun qüvvəyə minməsi ilə müzakirə müddəti rəsmən başlayacaq. Beləliklə, İngiltərə növbəti iki il ərzində Avropa Birliyindən tamamilə ayrılacaq.

Xatırladaq ki, ötən il İngiltərədə keçirilən referendumda seçicilərin 52 faizi Breksitin lehinə səs vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR