Ayətullah Qazi yoxsula belə kömək edirdi

Ayətullah Qazi yoxsula belə kömək edirdi
21:42 16 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tələbələrdən biri nəql edir: "Bir gün tərəvəz dükanına getmişdim və mərhum Qazini gördüm ki, əyilib kahu seçir. Kahuları seçən zaman iri yarpaqlı və kobud olanları seçirdi. O, kahuların pulunu verib, onları əbasının altında gizlətdi və yoluna davam etdi.

Mən o zamanlar cavan tələbə idim və mərhum Qazi isə yaşlı və ahıl çağına çatmışdı. Onun ardınca gedib dedim: "Ağa, mənim sualım vardır. Siz niyə hamının əksinə olaraq, kobud yarpaqlı kahuları aldınız?".
Mərhum Qazi buyurdu: "Ağacan, bu satıcı yoxsul adamdır. Mən də bəzən ona yardım edirəm. İstəmirəm ki, ona əvəzsiz bir şey verəm. Birincisi, onun izzət və abrını aradan aparar, ikincisi isə Allah eləməsin, adət edər ki, əvəzsiz alsın. Satış işlərində zəifləsin.
Bizim üçün fərqi yoxdur ki, lətif yarpaqları olan kahu alaq, yoxsa kobud və qalın. Mən bilirəm ki, bu kahuları alan olmayacaqdır.
Dükanını bağlayan zaman bu kahuları bayıra tökəcəkdir. Xəsarətin və ziyanın qarşısını almaq üçün bunları satın aldım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR