İçki ilə bağlı olan idarələrdə işləmək olarmı?

İçki ilə bağlı olan idarələrdə işləmək olarmı?
22:17 16 Mart 2017
182 Ölkə
Ölkə mətbuatı
A- A+

İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı?

Alkoqollu içkilər İslamda qəti qadağandır. İçki o qədər mənfur şeydir ki, onunla bağlı olan hər bir əməl günah sayılır. İçki hazırlamaq məqsədilə üzüm əkmək, o üzümü becərmək, yığmaq, şirəsini sıxmaq, şərab hazırlamaq, qablara doldurmaq, daşımaq, satmaq, satdırmaq, almaq, içmək - bütnü bu işlər haramdır və lənətə layiqdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, içki ilə bağlı idarələrə gəlincə, əgər bir idarənin işi yalnız alkoqollu içki üzərində qurulubsa, orda işləmək olmaz (məsələn, şərab zavodu, şərab mağazası kimi yerlərdə). Bir idarənin işi yalnız içki üzərində qurulmayıbsa, amma işinin bir sahəsi içki ilə bağlıdırsa, içki ilə bilavasitə bağlı olmayan sahələrdə işləmək günah deyil. Yəni məsələn, mağazanın bir şöbəsində içki satılırsa, başqa şöbədə işləmək icazəlidir. Amma əlbəttə ki, daha yaxşı olar, imkan daxilində dindar şəxs bu cür idarələrdən bütünlükdə uzaq olsun və özünə halal bir iş yeri tapsın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR