GECƏ KLUBUNA BASQIN: 121 qız və oğlan həbs edildi

GECƏ KLUBUNA BASQIN: 121 qız və oğlan həbs edildi
22:33 16 Mart 2017
158 Dünya
Ölkə mətbuatı
A- A+

İranda gecə klubuna gələn 121 qız və oğlan həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Tehranın Pərdis məntəqəsinin prokuroru Heydər Fəttahi məlumat verib.

Onun sözlərinə görə, əməliyyat “Sepah” və hüquq-mühafizə orqanları ilə birgə keçirilib: Prokuror bildirib ki, “Sepah” və hüquq-mühafizə qüvvələri Pərdis məntəqəsindəki evlərdən birində gənc qız və oğlanların bir araya gəlib birlikdə əylənməsi haqda məlumat alan kimi həmin evdə birgə əməliyyat keçiriblər: “Əməliyyat nəticəsində musiqi səsləndirərək, birlikdə rəqs edən və alkoqollu içkilərdən istifadə edən 121 qız və oğlan tutulub. Tutulanlar sosial şəbəkələr vasitəsilə bir-biri ilə tanış olaraq bu kampaniyaya dəvət olunublar. Evdə yoxlama aparılıb, 20 litrdən artıq alkoqullu içkilər aşkarlanaraq götürülüb”. (Teleqraf.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR