Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı

Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı
22:39 16 Mart 2017
133 Digər
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə APA  “Frans Press”ə istinadən xəbər verir. Agentlik bildirir ki,  bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı  türkyönümlü “Dost” partiyasını dəstəkləyib.  

 

Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara ”Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.   

 

Bolqarıstanda parlament seçkilərinin keçirilməsi  martına 26-na planlaşdırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR