Ukraynada zavodda partlayış: 4 ölü

Ukraynada zavodda partlayış: 4 ölü
23:22 16 Mart 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Zaporojye şəhərindəki "Zaporojkoks" zavodunda partlayış baş verib.

Milli.Az RBK-ya istinadən bildirir ki, partlayışda 3 nəfər həlak olub, bir nəfər ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. O, yolda keçinib.

Polisdən verilən məlumata görə, həlak olanlar zavodun əməkdaşları yox, qaynaq işləri görən podratçı şirkətin işçiləridir.

Partlayışın səbəbləri hələlik bəlli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR