Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı

Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı
23:33 16 Mart 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Publika.az xəbər verir ki, bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı türkyönümlü “Dost” partiyasını dəstəkləyib.

Bundan başqa, rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara ”Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.

Bolqarıstanda parlament seçkilərinin keçirilməsi martın 26-na planlaşdırılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR