Otaq boyda ev villa qiymətinə satıldı - FOTO

Otaq boyda ev villa qiymətinə satıldı - FOTO
23:47 16 Mart 2017
662 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın paytaxtı London dünyada daşınmaz əmlakın ən bahalı olduğu şəhərdir. Bununla bahəm, bu şəhərdə də bəzən əmlkın qiymətlərində rekordlar qeydə alınır.

Milli.Az The Sun-a istinadən bildirir ki, Londonun Çelsi səmtində, Müqəddəs Luka Kilsəsinin yanında, Kinqs Roud küçəsinin sağ tərəfindən iki otaqdan ibarət kiçik ev 713 min funt-sterlinqə, yəni 875475 dollara satılıb.

İki kiçik otaqdan və mətbəxdən ibarət, ikimərtəbəli, kiçik evin ümumi sahəsi 26,9 kvadrat metrdir.

Britten-Stritdə yerləşən evi satın almış Robin Suollesin dediyinə görə, yiyələndiyi əmlakı təmir edəndən sonra satacaq.

"Ev dəyərlidir, çünki çox yaxşı yerdə yerləşir. Təmirdən sonra buranı satmaq fikrim var. Artıq alıcılar da var", - R.Suolles deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR