Azərbaycanda 1 ayda mindən artıq ailə dağılıb

Azərbaycanda 1 ayda mindən artıq  ailə dağılıb
23:57 16 Mart 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu ilin yanvar ayında 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki,Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb.

Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.

Bundan başqa, bu ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR