Taksi sürücüləri arasında ATIŞMA: 2 yaralı

Taksi sürücüləri arasında ATIŞMA: 2 yaralı
00:53 17 Mart 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada qanuni və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında münaqişə atışma ilə nəticələnib.

Publika.az xəbər verir ki, insident nəticəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan iki Ermənistan vətəndaşı yaralanıb.

Məlumata görə, hadisə Moskvanın Solntsevo rayonunda baş verib. Reanimasiyaya yerləşdirilən erməni qardaşlardan biri başından, digəri isə bel və ayaq nahiyəsindən xəsarət alıb.

Fakt üzrə cinayət işi başlanıb. İnsidentlə əlaqədar saxlanılan yoxdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR