ABŞ-ın dövlət katibi Türkiyəyə gələcək

ABŞ-ın dövlət katibi Türkiyəyə gələcək
01:48 17 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, ABŞ rəsmisinin səfəri martın 30-da baş tutacaq. Vaşinqtonun diplomatik rəsmiləri hələlik bu məlumata hər hansı açıqlama verməyiblər.

Türkiyə XİN rəhbəri "Habertürk TV"-ə müsahibəsində isə "ABŞ-ın dövlət katibi martın 30-da Türkiyəyə gəlmək istədiyini söylədi və mən də bunun uyğun vaxt olduğunu dedim. Əgər həmin gün baş nazirimiz Ankarada olsa, ABŞ-ın dövlət katibini qəbul edəcək" - deyə bildirib.

Yalnız ABŞ-ın "Al Monitor" saytı da R.Tillersonun Türkiyəyə səfər edəcəyini bildirib. Saytın məlumatına görə, Reks Tillerson Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, habelə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR