Ərdoğan Trampla görüşəcək

Ərdoğan Trampla görüşəcək
07:23 17 Mart 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşəcək.

"Report"un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə XİN rəhbəri iki ölkənin dövlət başçılarının təkbətək görüşünün dəqiq tarixini açıqlamayıb. Lakin bununla belə, Ərdoğanla Trampın görüşünün Türkiyədə keçiriləcək referendumdan sonra baş tutacağını deyib. Qeyd edək ki, ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum gələn ayın 16-da baş tutacaq.

Çavuşoğlu eyni zamanda Avropa Birliyinin bir sıra dəyərlərdən uzaqlaşdığını da vurğulayıb. Onun sözlərinə görə, bəzi ölkələr bu qurumun ömrünü uzatmağa çalışırlar.

XİN rəhbəri qeyd edib ki, Türkiyənin Avropadan uzaqlaşmasına səbəb yoxdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR