Özünü tanıma dedikdə, insanın öz nəfsini tanıması nəzərdə tutulur.
Publika.az deyerler.org-a istinadən bildirir ki, yəni, insanın öz müsbət və mənfi tərəflərini tanımasıdır. İnsan özünü tanıyarsa, kamala çata bilər.
Özünü tanımağın addımları:
Birinci addım. Birinci etməli olduğumuz iş odur ki, öz əlaqə və
meyillərimizi, istedadlarımızı tanıyaq və həyatdan nə istədiyimizi
dərk edək. Cismi, əqli, əxlaqi, dini, ictimai meyillərin agah
olanını və agah olmayanını ayırd edək.
İkinci addım. İnsan özünə aşiq olduğu üçün, nəfsini hər cür
nöqsandan və eyibdən pak hesab edər. Çünki insan kamala çatmağı
sevir və əgər sevirsə, gərək özünü kamala çatmaqdan məhrum etməsin.
İlk növbədə yaxşı əməllərə və əxlaqa bürünməyə səy göstərsin. Hər
gün daxilindəki halı təhlil etsin. Özünü aldatmaqdan çəkinsin.
Üçüncü addım. O zaman ki, dəyişmək qərarına gəldik, əxlaq
mərhələsini bir-birinin ardınca tədrici olaraq getməyə çalışaq. Ona
görə də əxlaq alimlərinə və kitablara ehtiyacımız olacaqdır.
Dördüncü addım. Yadda saxlayaq ki, nəfsi tərbiyə etmək çox həssas
bir işdir. Həqiqi tərbiyəni dildə deyilən tərbiyədən ayırd etməyə
çalışaq. Zahirə diqqət edənlərdən olmayaq. Özümüzü daxildən islah
etməyə cəhd edək.
Beşinci addım. Özünü tanımağa mane olan amilləri tapmağa
çalışaq.
- Ən böyük maneə - insanın təkəbbürüdür.
- İkinci maneə - eyiblərini qəbul etməməkdir.
- Üçüncü maneə - nəzərində yaratdığı yanlış şəxsiyyəti ilə ürəyini
rahatlatmaqdır.
- Dördüncü maneə - başqaları tərəfindən təriflənməyi sevməkdir.
- Beşinci maneə - rahatlığı sevən olmaqdır.
O kəs ki, öz eybini etiraf edər, gərək onu aradan qaldırmaq üçün
səy göstərsin.
Altıncı addım. Allahın bizə inayət etdiyi sağlam fitrətə diqqət
etmək və insani meyillər ilə heyvani meyilləri bir-birindən ayırd
etməyə çalışmaq.
Yeddinci addım. Ancaq eyiblərə diqqət etmək kifayət deyildir, bizim
çox sayda əxlaqi fəzilətlərimiz vardır ki, onları üzə çıxartmağa
çalışaq.
Səkkizinci addım. Malik olduğumuz istedad və fəzilətlərə görə
qürurlanmayaq, onları kamala çatmaq yolunda istifadə etməyə
çalışaq.
Doqquzuncu addım. Fəal və qeyri-fəal olan əxlaqi sifətlərə diqqət
etmək.
Onuncu addım. Mənfi sifətlərimizlə mübarizə yollarını öyrənək.
Yəni, təkəbbür, riya, həsəd və sair ilə necə mübarizə aparmaq
yollarını öyrənməyə çalışaq.
On birinci addım. Müsbət sifətlərimizi gücləndirməyə çalışaq.
(Həvzəh)
Bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, insan əgər özünü
tanıyarsa, o zaman kamala çata bilər. Özünü tanıma da tədrici və
proqram üzərindən olan bir işdir. Yəni, insan gərək hər gün özünə
şərt qoysun ki, Allah bəndəliyini etməlidir. Sonra isə gün ərzində
öz əməllərinə diqqət və nəzarət etməlidir. Çalışmalıdır ki,
eyiblərini təkrar etməsin və şəxsiyyətini hərtərəfli inkişaf etdirə
bilsin. Özünü başqaları ilə müqayisə etməsin. Çünki hər bir şəxsin
özünəməxsus vəzifələri vardır.
Müqayisə yerinə vəzifələrinə əməl etməyə diqqət etsin.