Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı
08:43 17 Mart 2017
297 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada fövqəladə vəziyyət rejimi iyulun 14-dək uzadılıb.

"Report"un məlumatına görə, dövlət başçısı Fransua Olland fövqəladə vəziyyət rejiminin ölkənin Milli Bayramına qədər saxlanılacağını deyib. Prezidentin bu bəyanatı ədliyyə naziri Jan-Jak Urvoasın çıxışına cavabdır.

Qeyd edək ki, nazir fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin vaxtının çatdığını bildirmişdi. Jan-Jak Urvoas iyunun ortalarında keçiriləcək parlament seçkilərindən sonra fövqəladə vəziyyət rejiminin ləğvini məqsədəuyğun hesab etdiyini vurğulamışdı.

Lakin prezident «La Provence»yə müsahibəsində fövqəladə vəziyyət rejiminin vaxtından əvvəl – Bastiliya qalasının alınması gününə qədər ləğv olunmasını istisna edib. Fransua Olland həmçinin bildirib ki, fövqəladə vəziyyət rejiminin həmin gündən sonra ləğv edilib-edilməyəcəyini yeni hökumət və parlament müəyyənləşdirəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR