MƏXFİ RAZILAŞMA: Seçkidən sonra Qarabağ ssenarisi işə düşəcək

MƏXFİ RAZILAŞMA: Seçkidən sonra Qarabağ ssenarisi işə düşəcək
09:58 17 Mart 2017
182 Digər
Ölkə mətbuatı
A- A+

“Seçkidən sonra Qarabağla bağlı güzəşt (ərazilərin qaytarılması-red) məsələsi qaçılmazdır”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Qriqoryan Serj Sarkisyanın Moskva səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat Rusiyanın Ermənistanın hazırki hakimiyyətini dəstəklədiyini göstərir: “Məqsəd hakimiyyətin aprelin 2-də keçiriləcək parlament seçkilərində qalib gəlməsini təmin etməkdir. Hesab edirəm ki, Rusiya indi Ermənistanın daxili siyasətinə hələlik qarışmayacaq. Çünki Ermənistanda istənilən hakimiyyət Moskva ilə işləyəcək. Lakin birgə bəyanatdan belə nəticə çıxarmaq olar ki, Rusiyanın dəstəyi seçkilərin gedişatında problemlərlə qarşılaşan hakimiyyətə lazımdır. Amma təkcə Moskvanın yox, Brüsselin də dəstəyi lazımdır. Sarkisyan səfərləri ilə göstərmək istəyir ki, Rusiya, Avropa Birliyi və NATO onu dəstəkləyir”.

Stepan Qriqoryan qeyd edib ki, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat Rusiyanın mövqeyini əks etdirmir.

“Bunu bütün məsuliyyətlə deyə bilərəm. Misal üçün, Rusiya ATƏT-in Minsk qrupu formatını əhəmiyyətli hesab etdiyi kimi, üçtərəfli formatı – Rusiya, Ermənistan və Azərbaycan – da dəyərləndirir. Hakimiyyət seçkilər zamanı o arqumentdən istifadə edəcək ki, Rusiya “bizim istəyimizi deyir”. Sarkisyan Moskvada vəziyyətin ciddi olduğunu deyib. Mən gözləyirdim ki, hakimiyyət bu dəfə Rusiyaya nəsə güzəştə gedəcək. Lakin bu olmadı. Bu o deməkdir ki, hər şey razılaşdırılıb. Moskva Ermənistanda hakimiyyətə qarşı hay-küy olmaması üçün İrəvandan heç nə tələb etmədi. Gözləməliyik ki, seçkilərdən sonra hansı güzəştlər olacaq. Bu həm Rusiyanın istəyi, həm də Qarabağla bağlı ola bilər. Seçkidən sonra ciddi proseslər olacaq”, - deyə erməni politoloq vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/191699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR