Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.
Bu mərhələdə 5 ölkə, yalnız "Böyük beşlik" təmsilçisi çıxış edir. 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə 1 komanda ilə təmsil olunacaq.
Çempionlar Liqası
1/4 final
(11/12 və 18/19 aprel)
"Atletiko" (İspaniya)
"Barselona" (İspaniya)
"Real" (İspaniya)
"Bavariya" (Almaniya)
"Borussiya" (D, Almaniya)
"Lester" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Monako" (Fransa)
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində