"Beşiktaş"ın gözü Nyonda

"Beşiktaş"ın gözü Nyonda
10:12 17 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.
 
Bu mərhələdə 7 ölkə təmsilçisi çıxış edir. 1/4 finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası "Beşiktaş"ın da rəqibi Nyonda bəlli olacaq.
 
Avropa Liqası
1/4 final

(13 və 20 aprel)
"Beşiktaş" (Türkiyə)
"Mançester Yunayted" (İngiltərə)
"Lion" (Fransa)
"Şalke" (Almaniya)
"Selta" (İspaniya)
"Anderlext" (Belçika)
"Genk" (Belçika)
"Ayaks" (Hollandiya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR