Lider TV-də yeni layihə - “Bura Vətəndir” - FOTO/VİDEO

Lider TV-də yeni layihə - “Bura Vətəndir” - FOTO/VİDEO
10:13 17 Mart 2017
507 Şou
Ölkə mətbuatı
A- A+

Lider Tv-də yeni layihə yayıma başlayır. “Bura Vətəndir” adlanan layihə bu bazar tamaşaçılarla görüşə gəlir. Verilişin müəllifi və aparıcısı arşadırmaçı jurnalist Amil Xəlildir. Veriliş həm tarixi məlumatlarla, həm milli mədəni dəyərlərlə, həm də bölgənin maraqlı faktları və araşdırması ilə zəngindir.

İlk bölüm Şamaxıya və şamaxlılara həsr olunub. Tarixlə bu günü birləşdirən, elm ocağı olan Şamaxı şəhəri haqqında ətraflı məlumat sizlərə təqdim olunacaq. Seyid Əzim Şirvaninin son vəsiyyəti , M.Ə.Sabirin Şamaxı haqqında maraqlı yazıları, Şamaxı xanlığının bayrağı və başqa maraqlı nüanslar “Bura Vətəndir!” verilişində.

Bundan başqa Məlhəm kəndi haqqında da maraqlı faktlar sizi gözləyir. “Bir kənd bu qədərmi insanlara məlhəm olar” dediyimiz kəndir Məlhəm kəndi .

Həmçinin telejurnalist yollandığı bölgələrə xas olan maraqlı sualları elə onların özündən soruşur. "Sizcə, şamaxlılar "qadou alım sözünü hər adama deyərlər?"

"Amil Xəlil ilə Bura Vətəndir” verilişinin layihə rəhbəri, müəllifi və aparıcısı Amil Xəlildir. Veriliş bu bazar 19 mart saat 13-00 da Lider Tv-də görüşünüzə gələcək . Mütləq izləyin. Çox maraqlı olacaq.

Qeyd edək ki, Publika.az verilişə informasiya dəstəyi verir.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/191700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR