Çay şəxsi mülkiyyətə verildi

Yerli xalq olan Maorilər tərəfindən müqəddəs sayılan və Yeni Zellandiyanın ən uzun üçüncü çayı olan "Vhanqanui"-nin hüquqları qanuni olaraq iki şəxs tərəfindən təmsil olunacaq.

Metbuat.az xəbər verir ki, Maorilər 160 ildir çayın onların şəxsi mülkiyyətinə verilməsi üçün mübarizə aparırdılar.


Hökumət yerli əhaliyə 80 milyon dollar təzminat, çayın təmizlənməsi üçün isə 30 milyon dollar vəsait ayırıb.


Yeni Zellandiya parlamentinin bu qərarı yerli xalq tərəfindən sevinc gözyaşları və musiqi ilə qarşılanıb.

Sərdar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR