Rusiyadan yeni Qarabağ əmri

Rusiyadan yeni Qarabağ əmri
12:46 7 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 2-də Ermənistanı Avrasiya İttifaqına girməsi münasibəti ilə təbrik etməsindən bir neçə saat sonra Azərbaycan ordusu Qarabağda 2 erməni hərbçisini qətlə yetirdi.

ANS PRESS-in məlumatına görə, bu fikri bu gün yazdığı məqaləsində qeyd edən erməni şərhçi Akop Badalyan iddia edib ki, Azərbaycan ordusuna Qarabağda Ermənistan hərbçilərini öldürmək əmrini məhz Rusiya verib.

Bu iddiasını hardan götürdüyünü izah etməyən Akop Badalyan daha sonra Ermənistanın təhlükəsizlik səviyyəsinin aşağı düşməsindən gileylənib. “Avrasiya İttifaqına daxil olmaqla Ermənistanın təhlükəsizlik səviyyəsi artmalı idi. Amma təhlükəsizlik səviyyəsi aşağı düşür və Ermənistan tərəfinin itkilərinin sayı artır”,- deyə Badalyan vurğulayır.

Amma erməni şərhçi Qarabağda yeni müharibənin hələ ki, başlamayacağını iddia edib. Onun sözlərinə görə, bu məsələdə Moskva ilə Bakı hələ ki, razılığa gələ bilməyib. “Moskva Bakıya təklif edir ki, bir sıra rayonların geri qaytarılmasının əvəzinə Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşməsinə icazə versin. Hələ ki, bu məsələdə razılıq əldə edilməyib” deyən Akop Badalyanın fikrincə, bu məsələdə razılıq əldə edilən kimi Azərbaycan öz ərazilərini müharibə ilə azad edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=318187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR