Avropa Birliyindən sürpriz Türkiyə AÇIQLAMASI - YOLA GƏLDİ

Avropa Birliyindən sürpriz Türkiyə AÇIQLAMASI - YOLA GƏLDİ
10:47 17 Mart 2017
134 Dünya
Ölkə mətbuatı
A- A+

AB-dən Türkiyəylə bağlı ikinci "mülayim" açıqlama gəlib. İlk açıqlamasında immiqrant razılaşmasına sədaqətlərini ifadə etmişdilər.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, indi də "Türkiyəyə üzvlük zəmanəti verilməlidir" deyilib. Hollandiya ilə yaşanan olaydan sonra göstərilən rəftara qarşı Türkiyə bu müqaviləni nəzərdən keçirmək qərarı verib.

AB-nin sabiq Komissarı Günter Verheuqe Türkiyə ilə AB arasındakı "böhranın" çox təhlükəli bir həddə çatdığını vurğulayaraq "Mən tamamilə yeni başlanğıcın tərəfdarıyam. AB şərtləri yerinə yetirərsə, Türkiyəyə Avropa ailəsində bərabər hüquqlara sahib daimi yerini alacağı haqda qeyd-şərtsiz zəmanət verməlidir" deyib.

Verheuqen Türkiyənin də daxili problemlərini demokratik və hüquqi dövlət qaydaları çərçivəsində həll edəcəyi haqda zəmanətin verməsinin önəmli olduğunu qeyd edib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR