Macarıstandan Türkiyəyə dəstək

Macarıstan hökuməti Türkiyə ilə AB ölkələri arasında yaşanan gərginliyə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Piter Siyarto Türkiyə hökumətinin xaricdə yaşayan vətəndaşları ilə davamlı olaraq maraqlanmasının doğru olduğunu vurğulayıb. Eyni zamanda, o, qeyd edib ki, sığınacaq axtaran şəxslərin yerləşdirilməsinə dair razılıq əldə edildikdən sonra sanki avropalı dövlət başçıları Türkiyə prezidenti və Türkiyə hökumətini kim daha yaxşı tənqid edəcək deyə yarışa giriblər.

Nazir sonda baş verən proseslərin yanlış olduğunu, Türkiyə ilə əlaqələrin uğurlu istiqamətdə davam etdirməyin vacibliyini də əlavə edib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR