Ukrayna Krımı müqavimətsiz niyə verdi? – MƏXFİ DOKTRİNADAKI SİRR

Ukrayna Krımı müqavimətsiz niyə verdi? – MƏXFİ DOKTRİNADAKI SİRR
11:03 17 Mart 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukrayna Krımın Rusiya tərəfindən tutulması zamanı ciddi silahlı müqavimət göstərmədi. Düşmən sənin torpağına soxulanda, adətən onun sayını hesablamırlar, öz borcunu yerinə yetirirlər”.

Publika.az xəbər verir ki, bunu Krımı tatarlarının liderlərindən biri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilov “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

“Səhvlər lap çox buraxılmışdı. Fevralın 26-dan 27-nə keçən gecə terrorçular Krım parlamenti və Nazirlər Şurasını tutdular. Yalnız 110 nəfər idilər. Simferopolun 20 kilometrliyində isə “Alfa”nın 1,5 min təlim keçmiş əməkdaşı yerləşdirilmişdi. Gəlib mühasirəyə almaq mümkün idi, hətta məhv etmək vacib deyildi. Heç nə etmədilər”, – Cəmilov qeyd edib.

Onun sözlərinə görə, daha sonralar Krım Tatar Məclisinin sədri Refat Çubarov “Alfa”nın komandirlərindən birindən “Siz niyə heç nə etmədiniz” deyərək soruşub:

“O cavab verdi ki, birincisi, müvafiq əmr almamışdı. İkincisi, onları əsasən Krım tatarlarının çıxışlarına reaksiya vermək üçün hazırlamışdılar. Çünki onda olan məxfi doktrinaya əsasən, Krım tatarları yarımadada əsas potensial separatçılar hesab edilirdilər”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR