Kiminlə ailə quracağınızı, övladınızın sayını, cinsini öyrənin

Xiromantiyanı (əlin içindəki xətlər) bir çox insanlar fal və ya öncəgörmə kimi başa düşsələr də, əslində, bu elm qədim Hindistanda yaranıb.

Metbuat.az bildirir ki, xiromantların fikrincə, əl həm də kainatın sirlərini oxumaqçün bir vasitədir. Bizim “alın yazısı” kimi təqdim etdiyimiz ifadəyə qədim hindlilər “əl yazısı” deyiblər.

Tarixin bütün dövrlərində əl güc və qüdrət simvolu sayılıb. Qədim insanlar əli insanla göy arasında vasitəçi sayaraq, ruhları köməyə çağırıblar.

Xiromantiyaya görə, baş barmağın qabarı ətrafında halqalanan “həyat xətti”nə diqqət yetirməklə, insan sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qısa və ya uzun olacağını təxmin etmək mümkündür.

Köndələn şəkildə şəhadət barmağına doğru uzanan və bəzən ovucun ortasında olan xəttə ürək və ya ünsiyyət xətti də deyilir. Bu xətt vasitəsilə insanın daxili aləmi, hisləri və başqaları ilə ünsiyyət qurmaq bacarığını təyin etmək olur.

Üçüncü xətt isə baş barmaqla şəhadət barmağı arasından başlayaraq ovucun çeçələ barmaq istiqamətinə doğru uzanır. Xəttin uzunluğu, dərinliyi insan ağıl və intellekt səviyyəsini göstərir.

Əsas xəttlərdən olan 4-cü vasitəsilə insanın hansı peşəyə sahib olacağı, hətta ömrünü səyahətlərdə keçirib-keçirməyəcəyini oxumaq mümkündür. Tale xəttinin qırıq və kəsik şəkildə olması isə həmin adamın həyatının keşməkeşli olacağından xəbər verir.

Əlin kənarındakı xətlər vasitəsilə isə ailə həyatı, hətta insanın neçə övlada sahibi olacağı ilə bağlı suallara da cavab tapmaq mümkündür.

Lakin unutmaq olmaz ki, insan əlində olan cizgilər tam olaraq onun həyatının göstəricisi olmaya da bilər.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR