Gömrükdə 6.8 milyonluq artım - Səbəb nədir?

Gömrükdə 6.8 milyonluq artım - Səbəb nədir?
11:12 17 Mart 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 625 milyon 946.68 min ABŞ dolları təşkil edib.

Ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 20.09 % artıb.

Milli.Az marja-ya istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 971 milyon 970.54 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 0.44 % azalmışdır), ixrac əməliyyatları üzrə 1 milyard 653 milyon 976.14 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 36.64 % artmışdır) əmliyyat qeydə alınıb. Saldo müsbət 682 milyon dollar olub.

Fevralda ixrac 849 milyon 352.07 min dollar, idxal 521 milyon 920.06 min dollar, saldo (ticarət profisiti) isə 327 milyon 432 min dollar təşkil edib. 

Bəs ixrac nəyin hesabına artıb?

Yanvar-fevral aylarındakı 1 milyard 653 milyon 976.14 min dollarlıq ixracın 1 milyard 468 milyon 660 milyon dollar dövlət sektorunun, 161 milyon 720.28 min dollar özəl sektorun, 23 milyon 595.31 min dollar fiziki şəxslərin payına düşüb.

Ötən ilin anoloji dövrü ilə müqayisədə dövlət sektorunun ixracı 37,6%, özəl sektorun ixracı 15,3%, fiziki şəxslərin ixraı 45% artıb.

2016-cı ilin yanvar-fevral aylarında dövlət sektorunun ixracı 1 milyard 66 milyon 935 min dollar, özəl sektorun ixracı 140 milyon 248 min dollar, fiziki şəxslərin ixracı 16 milyon 285 min dollar təşkil etmişdi.

Yuxarıdakı rəqəmlərin müqayisəsindən göründüyü kimi, Azərbaycanın idxalının artması əsasən dövlət sektorunun ixracının artmasından qaynaqlanıb. Ötən ilin əvvəli ilə müqayisədə bu il neft qiymətləri yüksək olduğundan dövlət sektorunun ixracı məbləğ ifadəsində artıb. Dövlət ixracının artmasına qaz və elektrik enerjisi ixracının artması da təsir göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR