"Qəbələ"nin futbolçusu Prosineçkinin həmyerlilərinə qarşı

"Qəbələ"nin futbolçusu Prosineçkinin həmyerlilərinə qarşı
11:42 17 Mart 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Estoniya milli komandasının heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Martin Reym martda keçiriləcək qarşılaşmalara 23 futbolçu dəvət edib.

"Qəbələ"nin futbolçusu Sergey Zenyov da martın 25-də Kiprlə səfərdə, 28-də Xorvatiya ilə evdə baş tutacaq matçlara dəvət alıb. 28 yaşlı hücumçu bunadək millidə keçirdiyi 54 matçda 10 qol vurub. Kiprlə matç onun üçün 55-ci ola bilərsə, Azərbaycan yığmasının xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin həmyerliləri ilə duel 56-cı kimi yadda qalacaq.
 
Qeyd edək ki, Zenyov 2015-ci ilin yayından "Qəbələ"də çıxış edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR