Magistratura və rezidentura ixtisasları üzrə sənəd qəbulunun vaxtı uzadıldı

Magistratura və rezidentura ixtisasları üzrə sənəd qəbulunun vaxtı uzadıldı
11:44 17 Mart 2017
477 Digər
Ölkə mətbuatı
A- A+

Lent.az-ın məlumatına görə, DİM sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib ki, bu gün ərizə qəbulunun son tarixi olsa da ödəniş sistemlərində problem olduğundan tarixin uzadılması qərarı verilib: “ Belə ki, magistratura və rezidentura üzrə ərizə verib təsdiqlətməyən hələ çox şəxs qalıb. Bizdə olan son statistik məlumata görə, magistratura ixtisası üzrə  2111 nəfər, rezidentura ixtisası üzrə təxminən 900 nəfər ərizə verib, amma təsdiqləməyib”.

 

M.Abbaszadə bildirib ki, bunları nəzərə alaraq  ərizə qəbulu martın 29-da başa çatacaq: “ Bayram günləri sənəd qəbulu komissiyaları  işləməyəcək. 27-28-də  işə başlayacaq. Amma komissiyalar işləməsə də belə ərizə təqdim edib təsdiqlədə bilərlər. Sənəd qəbulu martın 29-da yekunlaşacaq”.

 

M.Abbaszadə əlavə edib ki, indiki rəqəmlərə görə, magistratura ixtisası üzrə  10650 nəfər, rezidentura ixtisası üzrə 949 nəfər ərizəsini təsdiqlədib.

 

DİM sədri onu da qeyd edib ki, dünəndən ali təhsil və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilib və artıq qeydiyyatdan keçənlər var: “22 mindən çox adam ali təhsil müəssisələrinə ərizə verib və  403 nəfər isə təsdiqləyib”. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR