İdmanla məşğul olan qızlara PİS XƏBƏR: Uşağınız olmaya bilər...

İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır. Ancaq hər şeyin çoxu zərərli olduğu kimi, idmanla həddindən artıq məşğul olmaq da zərərlidir.

Metbuat.az xəbər verir ki, türkiyəli həkim Seval Taşdemir bununla bağlı maraqlı açıqlama verib:

"Yeniyetməlik dövrünə girmiş həssas quruluşdakı bədənin həddindən artıq idmanla məşğul olması və düzgün qidalanmaması sonsuzluğa səbəb ola bilir. Çox və ağır şəkildə idman edən qızlar nizamsız qidalanarsa, bu, qadınlıq hormonu olan esterogenin səviyyəsini azaldır və buna bağlı olaraq sümük əriməsi yaşanır. Fiziki və ruhi baxımdan fərqlilik yaşandığı bir dövrdə çox idmanla məşğul olan qızların 60 faizində “Amenore”, yəni heç mensturasiya olmama halı yaşanır".

Mama-ginekoloq Günay Hacıyeva isə deyib ki, çox idmanla məşğul olan kişilərdə də sonsuzluq problemi yarana bilər. Bu problemə daha çox idmançılarda rast gəlinir.

“Professional idmançılar uzun müddət yarışlara hazırlaşır, vaxtı-vaxtında zülallar, vitaminlər qəbul edə bilmir, karbohidratdan uzaq qalır, proteinlərə üstünlük verirlər. Bu da maddələr mübadiləsinin getməsində, hormonal tənzimlənmədə problemlərə, pozğunluqlara gətirib çıxarır. Saatlarla məşq orqanizmdə vitaminlərin yanmasına səbəb olur. Bu zaman tək hormonal pozğunluqlar yox, bədəndə bir sıra xəstəliklər yaranır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR