Yığmamız finala yüksəldi - Yunan-Roma güləşi üzrə

Yığmamız finala yüksəldi  - Yunan-Roma güləşi üzrə
12:07 17 Mart 2017
142 İdman
Ölkə mətbuatı
A- A+

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası İranın Abadan şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.


Akif Əliyevin baş məşqçi əvəzi olduğu kollektiv B qrupundakı son görüşündə Ukraynanı məğlub edib - 5:3.


Yığmanın heyətində Taleh Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) rəqiblərindən güclü olublar. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və Oyan Nəzəriani (130 kq) isə məğlubiyyətlə üzləşiblər. Bunadək Azərbaycan yığması Türkiyə və Belarusu da eyni hesabla üstələyib.


Qeyd edək ki, finalda Azərbaycanın rəqibi digər yarımqrupun qalibi Rusiya olacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ymamz-finala-yuksldi-t56979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR