İtaliyanın ən tanınan tarixi əsərlərindən olan paytaxt Romada yerləşən Kolizey abidəsinə idarəçi axtarılır.
Vakansiya üzrə bütün ölkələrdən müraciət etmək olar.
Seçilən namizədlər tarixi filmlərə mövzu olan, bir zamanlar qladiatorların döyüşdüyü məşhur arenanın idarəetməsinə baxacaq.
Publika.az xəbər verir ki, elanda namizəddən ən az 5 il arxeoloji sahə üzrə təcrübə tələb olunur.
İldə 5 milyon insanın ziyarət etdiyi 2 min illik tarixi olan abidə uğursuz idarəçilik səbəbindən bir sıra problemlərə məruz qalıb.
İtaliyanın Mədəniyyət Naziri Dario Françesini seçilən namizədin illik 150 min avro maaş alacağını açıqlayıb:
"Əsasən arxeoloqlar, incəsənət tarixçiləri və memarların müraciətlərini gözləyirik".
Nazir elan barədə onu da qeyd edib ki, sənət dünyasında milli mənsubiyyətlərin çox funksiyasının olmadığını düşünür:
"Məsələn, İngiltərədəki Britaniya Muzeyini bir alman idarə edir".
Könül Cəfərli