Artur Rasizadə Mehriban Əliyevanı təbrik etdi

Artur Rasizadə Mehriban Əliyevanı təbrik etdi
12:33 17 Mart 2017
197 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Baş naziri Artur Rəsizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin hesabatı ilə bağlı çıxışı zamanı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, Artur rasizadə Mehriban Əliyevaya yeni vəzifəsində uğurlar arzu edib: “Mehriban xanım Əliyeva indiyədək Heydər Əliyev Fondunun prezidenti kimi çox əhəmiyyətli işlər görüb, xalqın etimadını qazanıb. Buna görə də onun cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi layiqli addımdır. Mən ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edirəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR