Xəstəxanada olan Hicran Nəsirova: "Qışqırdım, səsimə qızım gəldi"

Xəstəxanada olan Hicran Nəsirova: "Qışqırdım, səsimə qızım gəldi"
13:05 17 Mart 2017
403 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Hicran Nəsirova xəstəxanaya yerləşdirilib.

Milli.Az yeniçağ.az-a istinadən xəbərinə görə, ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırılan aktrisa hələ də özünə gələ bilmədiyini deyib:

"Dünən səhər yuxudan duranda gördüm ki, hər şey gözümün qabağında uçur. Qışqırdım, səsimə qızım gəldi. Necə qorxdusa, tez qonşuda yaşayan həkimi çağırdı. Həkim mənə baxan kimi dedi ki, təcili yardım maşını çağırın, vəziyyəti pisdir. Qızım deyir, gözlərin bərəlmişdi, özümdə deyildim. Ağır vəziyyətdə məni reanimasiyaya yerləşdirdilər. Təzyiqimi sala bilmirdilər. Heç vaxt məndə "şəkər" xəstəliyi olmamışdı, həmin gün yoxladılar ki, "şəkərim" də yüksəkdir.

Hazırda iki saatdan bir mənə iynə vururlar, bilmirəm, aqibətim necə olacaq. "Vicdan haqqı" serialının çəkilişləri zamanı çox yoruldum. Əsəblərim getdi. Hər şey üst-üstə yığıldı və məni xəstəxanalıq etdi".

H.Nəsirova xəstəxanadan evə nə vaxt buraxılacağını da bilmir:

"Reanimasiyadan palataya köçürüblər. Həkimlər dəqiq söz demir, hələ ki, məni ayağa qaldırmaqla məşğuldurlar. Yaxşı ki, serialın bir çox bölümü çəkilib, yoxsa işimiz yarımçıq qalardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/527099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR