Əli Məsimli: “Azərbaycan hökuməti ölkəni böhrandan çıxarmağa çalışıb”

Əli Məsimli: “Azərbaycan hökuməti ölkəni böhrandan çıxarmağa çalışıb”
13:08 17 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Ötən il Azərbaycan hökuməti ölkəni böhrandan çıxarmağa çalışıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Deputat deyib ki, 2016-cı ildə gözlənilən nəticə özünü doğrultmayıb:

“İqtisadiyyatda kəskin geriləmə müşahidə olunub, proqnozların əksinə olaraq, 3.2 faiz enmə olub. Bu isə əlavə maliyyə itkiləri deməkdir. Halbuki ölkənin potensialı vardı ki, bunu iqtisadi inkişafa yönəltsin”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/191735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR