Suriyada məscid bombalandı

Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə təşkil edilən hava hücumu nəticəsində 58 nəfər ölüb.

Metbuat.az bildirir ki, kəndin mülki müdafiə sistemini qoruyan şəxslər hava zərbələrinin Rusiyaya məxsus təyyarədən endirildiyini söyləyiblər. Hücum namaz vaxtı reallaşdığından məsciddə 300-ə yaxın adam olub. Onlarla yaralının olduğu deyilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR