Bakıda ona qarşı cinayət törtmiş şəxsi özü yaxaladı – 1 AY SONRA

Bakıda ona qarşı cinayət törtmiş şəxsi özü yaxaladı – 1 AY SONRA
13:29 17 Mart 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində T.Hümbətəliyev həmin şəxsi görüb və saxlayaraq polis əməkdaşlarına təhvil verib.

Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib. 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR