Bayram günlərində metro stansiyalarında konsert olacaq

Bayram günlərində metro stansiyalarında konsert olacaq
13:47 17 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadıb canlandıran bu əziz bayram münasibəti ilə "Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.

Metropolitendən Milli.Az-a verilən məlumata görə, metrodan istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- "İçərişəhər" stansiyası - saat 12:15-13:45;

- "28 May" stansiyası - saat 13:15-14:45;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:15-15:45;

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:15-16:45.

Qeyd edək ki, buna qədər "Bakı Metropoliteni" QSC-nin sosial layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi, Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifalarında dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələri, Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları sərnişinlərə təqdim olunub.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR