“Çindən “bahalı” adı ilə ucuz dərmanlar gətirilir” - deputatdan ŞOK AÇIQLAMA

“Çindən “bahalı” adı ilə ucuz dərmanlar gətirilir” - deputatdan ŞOK AÇIQLAMA
13:48 17 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

“Məndə olan məlumatlara görə, Azərbaycanda bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova bildirib.

E.Axunodva deyib ki, kredit faizləri aşağı salınmalı, əhaliyə köməklik göstərilməlidir:

“Bu sahədə ciddi və düşünlümş siyasətin aparılması vaciddir. Ötən il bank sistemində xoşagəlməz proseslər gedib. Artıq banklara inam azalıb. Bir neçə banklar isə bağlanıb və həmin banklardakı işçilər işsiz qalıb, kreditləri olan əhali əziyyət çəkir. İnsanlar banklarla üz-üzə qalıb. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürür”.

Deputat həmçinin qeyd edib ki, dərman qiymətləri aşağı düşəndən sonra bəzi dərmanların orijinalı satışdan yoxa çıxıb:

“Hindistan, Türkiyə, Çindən onların əvəzedicisi olan ucuz dərmanlar gətirilir. Bu məsələ ciddi araşdırılmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR