Bakıda Hollivud filmlərinə bənzər hadisə baş verib.
Bakı şəhər sakini qeyri-rəsmi olaraq birlikdə yaşadığı Əfsanə
adlı xanımı evə gətiriərək onu qonşulara və qohumlarına qulluqçu
kimi qələmə verib. Hətta oğlanın anası və bacısı da qohumlara qız
evin gəlini deyil, evlərinin qulluqçusu olduğunu bildiriblər. Bir
müddətdən sonra qadın hamilə qalıb və bir qız övladı dünyaya
gətirib. Sonradan oğlan başqa bir qadınla evlənərək rəsmi nikaha
daxil olub. Bu qadın da bir müddət sonra dünyaya bir qız övladı
gətirib. Yoldaşı, qayınanası və baldızı tərəfindən yeni gələn
gəlinə də Əfsanənin evin qulluqçusu olduğu deyilir. Bu qadınla
bütün ailə üzvləri çox pis rəftar edib, onu döyüb və qulluqçu kimi
işlədiblər.
Təxminən 2-3 ay əvvəl evin nikahlı xanımı ondan gizlədilən
həqiqətləri öyrənib və övladını da götürüb ata evinə qayıdıb.
Bundan hiddətlərnən oğlan nikahsız yaşadığı qadını övladı ilə
birlikdə özünün Bakı ətrafında yerləşən bağ evinə apararaq orada
bir müddət qadının iradəsinin əksinə olaraq məcburi saxlayaraq,
döyüb və işgəncə verib. O, qadına rəsmi nikahda olduğu xanımını
qaytarmaq üçün yalan danışmağı və həqiqətən, evin qulluqçusu
olduğunu söyləməsini tələb edib. Günahlandırılan şəxs qadına
işgəncə verməklə kifayətlənməyərək öz doğma övladına da əziyyət
edib. Belə ki, atası onu döyərək saçlarını kəsib.
Uzun müddət işgəncələrə məruz qalan qadın çətinliklə də olsa övladı ilə birlikdə oradan qaçıb qonşulara sığınmağı bacarıb. Qonşular qadının vəziyyətini görərək təcili tibbi yardıma və polisə müraciət ediblər. Bundan sonra qadın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sığınacağına yerləşdirilib. (baku.ws)