Valeh Ələsgərov: “Dədə-babadan evlərdə odun yandıranda tüstü çıxan bacalar olurdu”

Valeh Ələsgərov: “Dədə-babadan evlərdə odun yandıranda tüstü çıxan bacalar olurdu”
14:18 17 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı Elmira Axundova Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı dəm qazından zəhərlənmələrlə bağlı təkliflə çıxış edib.

Publika.az xəbər verir ki, deputat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən evlərdə dəm qazını hiss edən avtomatik qurğular məcburi qaydada quraşdırılmasını vacib sayıb:

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə bildirib ki, dədə-babadan evlərdə odun yandıranda da tüstü çıxan bacalar olub:

“Dədə-babadan evlərdə odun yandıranda tüstü çıxan bacalar olurdu. İndisə qazın zəhərinin çıxması üçün bu yoxdur. Dəm qazından zəhərlənmə də buna görə olur. Əhali buna ciddi diqqət yetirməlidir. Mənzildə yaşayan bilməlidir ki, qazın zəhərinin çölə çıxması üçün baca var, yoxsa yox”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR