Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb

Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb
14:42 17 Mart 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adlarını rəsmi açıqlayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, namizədlər arasında Polad Bülbüloğlu (Azərbaycan), Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Hamad Bin Əbdüləziz Al-Kavari (Qatar), Tsyan Tan (Çin), Xuan Alfonso Fuentes Soria (Qvatemala), Saleh Al-Hasnavi (İraq), Vera El-Huri Laköy (Livan) və Odri Azule (Fransa).

Baş direktor İcraiyyə Şurasının təqdimatı ilə Baş Konfrans tərəfindən 4 il müddətinə təyin edilir. 9 namizəd aprelin 26-27-də baş tutacaq İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibədən keçəcəklər.
İcraiyyə Şurası tərəfindən təqdim edilmiş namizəd Şuranın oktyabr ayında keçiriləcək 202-ci sessiyasında gizli səsvermə yolu ilə seçiləcək. Sonra YUNESKO-nun İcraiyyə Şurasının sədri seçilmiş namizədi noyabrda keçiriləcək Baş Konfransın 39-cu sessiyasında təqdim edəcək. Baş Konfrans namizədliyi nəzərdən kecirəcək və gizli səsvermə aparacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/527161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR