Sarkisyan müəmmalı şəkildə öldü

Ermənistan növəbti dəfə etiraz aksiyaları ilə çalxalanır.

Metbuat.az-ın məlumatına görə, buna səbəb ötən ilin iyulunda İrəvandakı post-patrul binasını ələ keçirmiş qiyamçı dəstəyə yemək aparan Artur Sarkisyan müəmmalı ölümüdür.

Erməni mətbuatı yazır ki, Sarkisyanın səhhəti pisləşsə də, o təcridxanadan azad edilməyib. Elə həbsxanada əməliyyat edilən məhkum dünyasını dəyişib. Hadisədən qəzəblənən müxalifət paytaxt İrəvanda aksiyalara start verib. Yürüş təşkil edən narazı kütlə "Serj sən qatilsən”, “İstefa!”, “Prokuror istefa verməlidir” şüarlarını səsləndirib. Qəzəbli kütlə paytaxt sakinlərini aksiyalara qoşulmağa və oturaq aksiya keçirməyə çağırıb.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR